Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 09:58
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsızlıqdan özünə atəş açıb və xəsarət alıb.
Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
DİN-in Mətbuat xidmətindən fakt təsdiqlənib.