Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 13:40
Dələduzlar oğurladıqları pulun iki qatını verib halallıq istədilər.
Sonxeber.net Azxəbər-ə istinadən bildirir ki, Arnavutköydə fındıq dükanına gələn fırıldaqçılar mismar düzəltmə üsulu ilə kassirin fikrini yayındıraraq 800 TL (136 Azn) pul oğurlayıblar. Hadisə xəbərlərdə öz əksini tapdıqdan sonra yenidən fırıldaqçılar mağazaya gələrək kassirə peşman olduqlarını bildirib və oğurladıqları pulun iki qatını verərək halallıq istəyiblər.
Pulu qaytaran şəxslər meyvə satıcısından şikayət etməməyi xahiş ediblər.
Baş verənlərlə bağlı danışan iş yeri sahibi Yusuf Kaya deyib: "Mən onlara inanmıram, haqqımı halal etmirəm. Mağazaya gəlib kassirdən üzr istəyərək, ikiqat pul veriblər. Kassir dostlarıma məsləhət görürəm ki, müştəriləri bir-bir mağazaya girməyə icazə versinlər və diqqətli olsunlar".