Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 08:48
Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Eldar Babayev küçəsində baş verib.
"Toyota" markalı avtomobilin sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsini görüb idarəetməni itirib. İdarəetmədən çıxan "Toyota" daş hasarı dağıdaraq arxada hərəkətsiz dayanan "Mercedes"-ə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Parkinq xidmətinə məxsus daş hasar isə uçub.
Faktla bağlı araşdırma aparılır.