Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-nin seçmə mərhələsi: Danimarka mundiala, daha beş komanda isə ən az pley-offa vəsiqəni təmin etdi

DÇ-2022-nin seçmə mərhələsi: Danimarka mundiala, daha beş komanda isə ən az pley-offa vəsiqəni təmin etdi

Tarix: 13 Noyabr 2021 09:08

DÇ-2022-nin seçmə mərhələsində IX turun oyunları davam edir.

İkinci oyun günündə daha 8 matç baş tutub.

Bu oyunlardan sonra daha 5 ölkə ən azı pley-offa vəsiqəni təmin edib.

C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.

F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvət təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.

I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib. Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk iki pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.

DÇ-2022, seçmə mərhələ
IX tur
12 noyabr

C qrupu
Şimali İrlandiya - Litva - 1:0
Qol:
 Benas Şatkus, 18 (öz qapısına)

İtaliya - İsveçrə - 1:1
Qollar:
 Covanni Di Lorentso, 36 - Silvan Vidmer, 11

F qrupu
Moldova - Şotlandiya - 0:2
Qollar:
 Natan Patterson, 38. Çe Adams, 65

Danimarka - Farer adaları - 3:1
Qollar:
 Andreas Skov Olsen, 18. Yakob Bruun Larsen, 63. Yoakim Mele, 90+3 - Klemin Olsen, 89

Avstriya - İsrail - 4:2
Qollar:
 Marko Arnautoviç, 51 (pen.). Luis Şaub, 62; 72; Marsel Zabitser, 84 - Nir Bitton, 33. Dor Perets, 59

I qrupu
Andorra - Polşa - 1:4
Qollar:
 Mark Vales, 45 - Robert Levandovski, 5; 73. Kamil Yuzvyak, 11. Arkadiuş Milik, 45+2

Macarıstan - San Marino - 4:0
Qollar:
 Dominik Soboslai, 6; 83. Daniel Qazdaq, 22. Balint Veçei, 88

İngiltərə - Albaniya - 5:0
Qollar:
 Harri Maquayr, 9. Harri Keyn, 18; 43; 45+2. Cordan Henderson, 28

Milli.Az


Etiketlər:  2022 nin seçmə mərhələsi Danimarka mundiala daha beş komanda isə ən az pley offa vəsiqəni təmin etdi


RƏYLƏR