Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp Vaşinqtondakı oteli 375 milyon dollara satır

Tramp Vaşinqtondakı oteli 375 milyon dollara satır

Tarix: 15 Noyabr 2021 12:38

ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Trump Organization" şirkəti Vaşinqton şəhərinin mərkəzində yerləşən "Trump İnternational Hotel"in icarə hüquqlarını 375 milyon dollara satmağa razılaşıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Uol Strit Jurnal" məlumat yayıb.

Məlumata görə, otelin alıcısı "CGİ Merchant Group" investisiya şirkətidir. Müqavilənin gələn ilin birinci rübündə bağlanacağı gözlənilir. Trampın prezidentliyi dövründə otel respublikaçıların toplaşdığı məşhur yer olub.

Qeyd edək ki, Ağ Evin yaxınlığında yerləşən, 120 il əvvəl tikilmiş otel binası hökumətə məxsusdur, lakin bina 100 ilə qədər icarəyə verilə bilər.

Milli.Az


Etiketlər:  Tramp Vaşinqtondakı oteli 375 milyon dollara satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ