Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çaylarda son vəziyyət: suyun səviyyəsi necədir? - VİDEO

Çaylarda son vəziyyət: suyun səviyyəsi necədir? - VİDEO

Tarix: 16 Noyabr 2021 01:46

Ölkə ərazisindəki çaylarda mövcud vəziyyət açıqlanıb. Belə ki,bir neçə gün davam edən yağıntılardan sonra bəzi çaylarda sululuq artsa da yenidən azalma müşahidə olunub. Azalmanın ən çox müşahidə olunduğu yer isə Lənkəran-Astara bölgəsindir.  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi çaylarda suyun səviyyəsi azalıb.

Ölkə ərazisində bir neçə gündür davam edən yağışlardan sonra çaylarda müvəqqəti sululuq artsa da bu gündən etibarən Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlar və Kürəkçay-Çaykənddə suyun səviyyəsində azalma müşahidə edilib. 

Kür çayının Qıraqkəsəmən məntəqəsində də suyun səviyyəsi aşağı enib.

Azalmanın müşahidə edildiyi ərazilərdən biri də Lənkəran-Astara bölgəsidir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin mərkəz direktoru  Asif Verdiyevin sözlərinə görə, çaylarda sululuğun azalması yağıntıların azalması ilə bağlıdır. 

Asif Verdiyev qeyd edib ki, son iki gündə ən çox artım, eyni zamanda ən çox azalma da məhz Lənkəran-Astara bölgəsindəki çaylarda qeydə alınıb. 

Milli.Az


Etiketlər:  Çaylarda son vəziyyət suyun səviyyəsi necədir VİDEO


RƏYLƏR