Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahib olduğumuz yaxşı şeyləri artırmaq da öz əlimizdədir

Sahib olduğumuz yaxşı şeyləri artırmaq da öz əlimizdədir

Tarix: 16 Noyabr 2021 22:56

İnsanlar həyatda gözləmədikləri pis şeylərlə qarşılaşdıqları zaman onların həyata küsməyəcək nə qədər yaxşı şeyləri olduğunu bilmələri lazımdır. Ən azından insan olaraq yaradıldıqlarına şükretməkləri lazımdır. Elə buna görə Quranın ilk surəsinin ilk kəliməsi "Əlhamdülillah" ilə başlayır.

Həyatın mənasız, boş olmadığının Kainatda milyonlarla sübutu var. Quranda da bu barədə belə bildirilir:

"Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!" (Sad, 27)

Sahib olduğumuz yaxşı şeyləri artırmaq da öz əlimizdədir. Bunları idrak etmək üçün Quranı başa düşərək oxumalı və həyatınıza yansıtmalısız. Əksi təqdirdə, qalan insanlıq dəyərlərinizi də itirə bilərsiz.

Əgər xoşbəxt olmaq istəyirsinizsə, Allahın tövsiyə və əmr etdiyi şəkildə yaşayın. Yəni, verdiyi fitrət üzrə yaşayın. Allah bu fitrətə din deyir. Quranda bu barədə belə buyurulur:

"Sən bir hənif kimi üzünü dinə, Allahın fitrətinə/təbiətdəki intizama tərəf çevir! O insanları ona görə yaratmışdır. Allahın yaratdığının yerini heçnə tuta bilməz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir." (Rum, 30).

Allah, insan fitrətinə/təbiətinə yüklədiyi müsbət keyfiyyətlərə İslam deyir.

Fitrəti pozuq olmayan insan Haqdan gələnə qulaq verər və hər cür gözəlliklərə, xoş münasibətlərə qucaq açar. Haqqı, ədaləti ayaqda tutmağa, kimsəsizlərə kömək etməyə və böyüklərə hörmət göstərməyə çalışır.[1]

Siz də mənalı bir ömür sürmək və həyatdan zövq almaq istəyirsizsə, bu keyfiyyətlərə sahib olun ki, Allahın əmrlərinə, tövsiyələrinə təslim olan müsəlmanlardan olasız.

Müsəlman, dünyada hər şeyin puç olduğuna deyil, hər şeyin öldükdən sonra başlandığına inanan insandır. Belə insanın, əbədi axirəti üçün bir hazırlığı və hədəfi olur. Bu səbəblə, həm dünyasını həm də axirətini abad etməyə çalışır. Həmişə dediyimiz kimi, əgər xoşbəxt olmaq, hüzur tapmaq istəyirsinizsə; quruculuq işləriylə məşğul olun, yaxşılıq edin, ehtiyacı olana köməklik göstərin! O zaman hər şeyin qədir qiymətini biləcək və həyatdan zövq alacaqsız.


Etiketlər:  Sahib olduğumuz yaxşı şeyləri artırmaq əlimizdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ