Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 16:35
Tanınmış xanəndə, əməkdar artist "Lalə" qızlar ansamblının ilk solistlərindən biri olan Elmira Əliyevanın səhhəti pisləşib.
Sonxeber.net kulis.az-a istinadən yazır ki, xəstəxanaya yerləşdirilən müğənni səhhətinin yaxşı olmadığını açıqlayıb.
Xərçəng xəstəliyindən, ürək çatışmazlığından əziyyət çəkdiyini bildirən müğənni maddi vəziyyətinin yaxşı olmadığını, xəstəliyinin müalicəsi üçün heç kimdən kömək gözləmədiyini, yorulduğunu bildirib.