Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Timsahın suda boğulması mütəxəssislərin təəccübünə səbəb olub

Timsahın suda boğulması mütəxəssislərin təəccübünə səbəb olub

Tarix: 19 Noyabr 2021 10:50

Çinin Lyuçjou rayonunda sudan çıxmaqdan ehtiyat edən yüz kiloqramlıq timsah boğularaq ölüb.

"O, çox çəkincən idi, suya daxil oldu və uzun müddət qorxusundan çölə çıxmaqdan imtina etdi. Bu isə onun tələf olması ilə nəticələndi", - deyə timsah fermasının işçilərindən biri bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, kişinin bildirdiyinə görə, o, həyatında ilk dəfə boğulan timsah görüb.

Bəzi mütəxəssislər qeyd ediblər ki, timsah xəstə olub, çünki sağlam timsahlar quruya çıxmadan da uzun müddət suda qala bilirlər.

Qeyd edək ki, timsahların normal çəkisi 150 - 700 kiloqram arasında dəyişə bilir.

Milli.Az


Etiketlər:  Timsahın suda boğulması mütəxəssislərin təəccübünə səbəb olub


RƏYLƏR