Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 14:56
Bakı. Trend:
2018-ci ildə Meksika-Azərbaycan arasında ticarət mübadiləsinin həcmi rekord rəqəmlərə çatıb – 26.2 milyon dollar.
Trend-in məlumatına görə, 2019-cu ildə həmin göstəricilərin ötən ilin rəqəmlərindən üstün olması gözlənilir. 2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35.74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12.44% çoxalıb.
Hazırda Meksika məhsullarının Azərbaycan bazarındakı iştirakına nəzər salsaq, görərik ki 39% - neft sənayesi üçün qazma alətlərinə, 18% qazma borularına, 10-12% isə neft və qaz üçün borulara aiddir. Həmçinin, Azərbaycana idxal olunan Meksika mənşəli pivə bazarda 12% yer alır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin