Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 08:18
Ermənilər Zəngəzurun Ermənistana məxsus Qafan rayonundan Çakatenə getmək üçün əvvəlki 8 km əvəzinə 150 km yol qət etməlidirlər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.
Bildirilir ki, Azərbaycan Qafan-Çakaten yolunda gömrük məntəqəsi qurduqdan sonra altı kəndin Qafanla birbaşa əlaqəsi kəsilib. Bu halda ermənilər Qafandan Mehriyə, oradan isə Çakatenə getməlidirlər.
Qeyd edilir ki, alternativ yol keçilməzdir, həmin yoldan da heç bir sürücü hələlik istifadə etmir.
Vurğulanır ki, reportajı hazırlayan jurnalistlər Qafandan Mehriyə yollanıblar. Mehridən Çakatenə isə başqa variant olmadığına görə 20 min drama (təxminən 71 manat) taksi ilə gediblər.
Mehridən Çakatenə gedən yolun üstündəki ilk kənd Tsavdır. Onun da artıq Qafanla əlaqəsi kəsilib.
"Biz yolun tezliklə açılmasını gözləyirik və təşvişə düşmürük. Çünki çaxnaşma bizim təxliyyə edilməyimizə səbəb olar. Biz buna həm psixoloji, həm də fiziki cəhətdən hazırıq", - deyə Tsav sakini bildirib.
Başqa bir sakin qeyd edib ki, əgər Ermənistan hakimiyyəti bu yolun bağlanacağını əvvəldən bilirdisə, alternativ yolun tikintisinə daha əvvəl başlamalı idi.