Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 14:12
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında həftə ərzində ikinci dəfə telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib. N. Paşinyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.