Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 04:06
Britaniyalı teleaparıcı və həkim Maykl Mosli insanlara fasiləli orucun faydalarından danışıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, belə pəhriz xüsusilə hipertoniyanın və 2-ci tip diabetin inkişafının qarşısını alır.
Bu metodun mahiyyəti yemək saatlarını məhdudlaşdırmaqdır. Həkim öz qidalanmasını misal çəkib: axşam saat 7-də ailəsi ilə nahar edir, səhər 9-a qədər yemək yemir. Bu zaman özünə yalnız qara çay və su icazə verir. Aclıq müddətində su, çay və qəhvə içmək qəbul olunur.
Qeyd etmək lazımdır ki, "orucluq" mərhələsində çay və qəhvəyə icazə verildiyini göstərən tədqiqatlar var, lakin kofeinin qlükoza tənzimlənməsinə təsiri ilə bağlı müzakirələr davam edir. Buna görə də sudan başqa bütün içkilərdən imtina etmək daha doğru olardı. İsti və ya soyuq, fərqi yoxdur, ancaq su olmalıdır. Həm də qazlı deyil, adi su.