Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dağılan ailələr bir anlıq həvəs naminə qurulanlardır” - Hüquq müdafiəçisi

“Dağılan ailələr bir anlıq həvəs naminə qurulanlardır” - Hüquq müdafiəçisi

Tarix: 22 Noyabr 2021 16:02

Azərbaycanda bu ilin 9 ayında 13 min nikah pozulub. Boşananların çox olmasının əsas səbəbi kimi izdivaca girən gənclərin təcrübəsizliyini əsas göstərilir. Mütəxəssislər hesab edir ki, gənclər bir-birini yaxşı tanımadan, xarici gözəlliyə aldanaraq evlənir, sonra isə ailələri dağılır.

İnsanlar xarici görünüşü əsas götürməlidir, yoxsa daxili gözəlliyi?

Sonxeber.net xəbər verir ki, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı Yenisabah.az-a həm xarici, həm də daxili gözəlliyə üstünlük verilməli olduğunu bildirib:

"Mən gənc olsaydım, həm gözəlliyə, həm də ağıla üstünlük verərdim. Yəni hər ikisinin gözəl olması əsasdır. Bu iki özəllik birlikdə olduğu zaman ailə həyatı quracağın insan səninlə yaxşı və pis gündə, xəstəlikdə, sağlıqda birlikdə olur.

Ən vacib məqam gənclərin qarşılarındakı insanı yaxşı tanımasıdır. Eyni zamanda, ailələr bir-birinə uyğun olmalıdır. Bu çox vacib amillərdən biridir. Hər iki tərərfin ailəsi bir-biri ilə normal münasibətdə olmalıdır".

N.Cəfəroğlu əsl sevginin heç vaxt bitmədiyini bildirib:

"Əgər iki insan arasında əsl sevgi varsa, onların qurduğu ailə heç vaxt dağıla bilməz. Elə insanlar var ki, gözəlliyi olmasa belə düşüncəsi, danışığı o qədər gözəl olur ki, həmin adamın özünü aparmasına, düşüncəsinə, sənə qarşı olan hərəkətlərinə vurulursan.

Əsl sevgi heç vaxt bitmir. İndi dağılan ailələr bir anlıq həvəs naminə qurulanlardır".


Etiketlər:  Dağılan ailələr anlıq həvəs naminə qurulanlardır Hüquq müdafiəçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ