Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 18:44
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib.
Sonxeber.net azxəbər-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib. Soylu danışarkən gülən deputata "Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən" deyərək reaksiya verib.
Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb.
Daxili işlər naziri Süleyman Soylu nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı təqdimatına başlayıb. Soylu Türkiyədəki terrorçuların ümumi sayını açıqlayıb.
Süleyman Soylu bildirib ki, Türkiyədə terrorçuların ümumi sayı 180-dən aşağı düşüb.