Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün borclu şəxs kimi axtarışda olan 77 nəfər saxlanılıb

Ötən gün borclu şəxs kimi axtarışda olan 77 nəfər saxlanılıb

Tarix: 23 Noyabr 2021 09:46

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.


Etiketlər:  Ötən gün borclu şəxs kimi axtarışda olan nəfər saxlanılıb


RƏYLƏR