Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbolçuların oyun praktikası yoxdur'' - millimizin baş məşqçisi

''Futbolçuların oyun praktikası yoxdur'' - millimizin baş məşqçisi

Tarix: 26 Avqust 2019 23:08

"Futbolçuların oyun praktikası yoxdur. Bunun da əsas səbəbi çempionatın başlamamasıdır. Yoxlama oyunları olduğuna görə, oyun ərzində bütün futbolçulara oynamaq şansı verildi. Üstəlik, zədəli futbolçularımız da var. Eyni zamanda, İspaniyada toplanışda olan oyunçularımız bizimlə deyil".

Qol.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Ukraynada təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində bu gün İsrailə 0:6 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

"Xatırladım ki, bundan öncə U-19-da çalışdığımız dönəmdə yoxlama oyunlarında ardıcıl 8 oyunda, bir qol belə vurmadan məğlub olmuşduq. Ancaq hazırlığımızı tədricən keyfiyyətə çevirərək yekunda Elit-raunda vəsiqə qazana bilmişdik. İnaniram ki, yenə də əzmlə çalışaraq, uğura imza ata biləcəyik.
Bu gün həm fiziki, həm də taktiki baxımdan və reytinqə görə 2-ci qrupda yer alan güclü İsrail millisinə qarşı oynadıq. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq" - deyə o bildirib.
 

 


Etiketlər:  Futbolçuların oyun praktikası yoxdur millimizin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ