Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 09:15
Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əliabad qəsəbə sakini Abdulla Həmzəyev ona məxsus fermadan 23 baş xırda buynuzlu, 4 baş iri buynuzlu mal-qaranın naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həmzəyevə məxsus ümumilikdə 27 baş xırda və iri buynuzlu mal-qaranı oğurlayan şəxsin rayonun Muxax kənd sakini, elə həmin fermada çoban işləyən 32 yaşlı Həsən İbrahimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı heyvanlardan bir neçəsi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin