Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün toylarda 7 nəfər cərimələnib, 219 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylarda 7 nəfər cərimələnib, 219 nəfər şənliyə buraxılmayıb

Tarix: 26 Noyabr 2021 13:54

Noyabrın 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 211 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, monitorinq 206 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 219 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Ötən gün toylarda nəfər cərimələnib nəfər şənliyə buraxılmayıb


RƏYLƏR