Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 18:30
Misirin Luksor şəhərində rekonstruksiya olunmuş ən qədim tarixi Sfinkslər Prospektinin açılışı olub.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, təntənəli açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əl-Sisi iştirak edib.
Misirin dövlət başçısı 2,7 kilometr uzunluğunda olan, Luksor və Karnak məbədlərini birləşdirən Sfinkslər prospekti ilə addımlayıb.
Sonra Qədim Misir kraliçası Hatşetsup haqqında mahnının sədaları altında parad olub, qədim misirlilərin geyimində olan aktyorlar fironlar dövrünün ayinlərini və rəqslərini ifa ediblər.
Dünyanın ən böyük açıq hava muzeyi olan Luksor şəhərinə Misir fironlarının qayıqları gətirilib. Onlar neon lampaları ilə işıqlandırılan 3 min il əvvələ aid sfinks heykəllərinin arasından keçərək Karnak məbədinə çatdırılıb. Qədim Misir irsi haqqında nümayiş etdirilən sənədli filmdə göstərilib ki, Luksorda 1057 heykəl, o cümlədən 309 sfinks abidəsi mövcuddur.