Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bodibildinq üzrə ölkə çempionatı keçirilib - FOTO

Bakıda bodibildinq üzrə ölkə çempionatı keçirilib - FOTO

Tarix: 27 Noyabr 2021 10:32

Bakıda Bodibildinq üzrə ölkə çempionatı keçirlib. Turnir 2 il əvvəl bodibildinqin mens fizik növündə Azərbaycan çempionu olan, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz baş leytnant Muxtar Qasımlının xatirəsinə həsr olunub.

Giriş sözü ilə çıxış edən Bakı şəhər Gənclə və İdman Bşa İdarəsinin rəisi Raqif Abbasov habelə Azərbaycan Bodilbildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyatəliyev idmançıları və tamaşaçıları salamlayıblar. Şəhid Muxtar Qasımlının atası Əli Qasımlı da atletləri salamlayaraq onlara uğurlar arzu edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Bodilbildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyatəliyev bildirib ki, bu yarış bizim şəhidimiz Muxtar Qasımlını əziz xatirəsinə həsr olunub: "Mən onun atası Əli bəyə söz vermişdim ki, pandemiya sərt karantin rejimindən çıxandan sonra ilk yarışımızı Muxtara həsr edəcəyik. Bugün artıq müxtəlif bölgələrdə fəaliyyət göstərən ən yaxşı klublardan 40 nəfər ən güclü idmançılarımız öz yüksək səviyyələrini göstərəcəklər". Pandemiya səbəbindən 2 illik fasilədən sonra təşkil edilən yarışda ölkəmizin güclü bodibildinqləri qüvvələrini sınayıblar. Ümumən çempionatda 39 idmançı mübarizə aparıb. Onlar öz aralarında bodibildinq, klassik bodibildinq, "mens fizk" və "muskullar mens fizik" kateqoriyalarında qalib və mükafatçıları müəyyənləşdiriblər. Qeyd edək ki, bodibildinq üzrə Azərbaycan çempionatı yığma komandaya seçim xarakteri daşıyır. Turnirin nəticələrinə əsasən millimizin növbəti Avropa çempionatı üçün heyəti formalaşdırlacaq.


Etiketlər:  Bakıda bodibildinq üzrə ölkə çempionatı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ