Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 16:48
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.