Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Legiya''nın azarkeşləri polisləri döydü - FOTO

''Legiya''nın azarkeşləri polisləri döydü - FOTO

Tarix: 27 Noyabr 2021 18:26

Avropa Liqasının 5-ci turunda "Lester" - "Legiya" oyununda qalmaqal baş verib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları "Lester" tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar. Həmin anda polislər sözügedən azarkeşlərə mane olmaq istəyib. Müqavimət ilə üzləşən polşalılar onlara da hücum çəkiblər. Nəticədə 12 polis əməkdaşı müxtəlif xəsarətlər alıb. Qonaqların 7 fanatı saxlanılıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də oynadığı "Legiya" "Lester"ə 1:3 hesabı ilə məğlub olaraq, qrupda sonuncu pilləyə düşüb.


Etiketlər:  Legiyanın azarkeşləri polisləri döydü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ