Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2021 10:20
Abşeronda özünü "Azərsu"nun əməkdaşı kimi təqdim edən şəxsi sakinlər ifşa ediblər. Əlində dəftər qələmlə obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlan şəxsin əslində niyyəti başqa olub. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Həmin şəxsin "Azərsu"ya heç bir aidyyatının olmadığını öyrəniblər.
Sonxeber.net-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, su sayğaclarına baxaraq vətəndaşlardan pul istəyib. Hadisə Abşeronda Masazır kəndində qeydə alınıb.
Özünü Rəşad Əsgərov kimi təqdim edən bu şəxs Abşerona işləmək üçün gəldiyini deyir. Sonra əlinə dəftər qələm alaraq obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlanıb. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Bundan sonra həmin şəxsin azərsuya heç bir aidyyatının olmadığını öyrəniblər.
Vətəndaşlar belə hallar əvvəllər də qarşılaşdıqlarını deyirlər.
Məsələyə Azərsu ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllıda münasibət bildirib.
Rəşad Əsgərovu vətəndaşlar polisə təqdim etmək istəsələrdə həmin şəxs sonradan hadisə yerindən qaçıb.