Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vergiödəyicisi olmayan fiziki şəxslərdən hansı mallar nağd qaydada satın alına bilər?

Vergiödəyicisi olmayan fiziki şəxslərdən hansı mallar nağd qaydada satın alına bilər?

Tarix: 29 Noyabr 2021 23:22

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, vergiödəyiciləri tərəfindən vergiödəyicisi olmayan fiziki şəxslərdən bəzi mallar nağd qaydada satın alına bilər.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının, eləcə də əlvan və qara metal qırıntılarının qəbulu zamanı malların nağd qaydada satın alınması mümkündür.

Qanunda, həmçinin utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu və xam dərinin tədarükü də (alışı) öz əksini tapıb.

Milli.Az


Etiketlər:  Vergiödəyicisi olmayan fiziki şəxslərdən hansı mallar nağd qaydada satın alına bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ