Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 08:26
Almaniyanın Hessen federal əyalətində koronavirusun yeni "omikron" ştamına 4 yoluxma halı müəyyən edilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, yoluxanların hamısı hazırda karantinə salınıb.
Onların hansı ölkədən gəldiyi araşdırılır.
Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.
Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.