Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türklər kosmosa uçacaq - Ruslarla birgə

Türklər kosmosa uçacaq - Ruslarla birgə

Tarix: 27 Avqust 2019 18:16

Bakı. Trend:

Rusiya Türkiyəyə öz astronavtlarını Rusiya kosmik stansiyasına göndərməyi təklif edib.

Trend-in məlumatına görə, Rusiyanın kosmik işlər üzrə dövlət korporasiyasının ("Роскосмос") rəhbəri Dmitriy Roqozin Rusiya prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Jukovski aerodromunda keçirilən Beynəlxalq Aviasiya və Kosmik Salon "MAKS 2019" aviasalonuna ziyarəti zamanı belə bir təkliflə çıxış edib.

D.Roqozin bildirib ki, respublikanın yubileyi münasibəti ilə Türkiyə astronavtlarının orbitə uçuşu təşkil oluna bilər:

"Kosmonavtların hazırlıq mərkəzi belə bir əməkdaşlığa hazırdır".

R.T.Ərdoğan da təkliflə razılaşıb: "Biz sizin müqəddəs işinizə qoşulacağıq. Bütün xalqım adından sizə bir daha minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada səfərdədir. O, Putinlə təkbətək və ikitərəfli görüş keçirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türklər kosmosa uçacaq Ruslarla birgə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ