Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Madriddə güclü yağış: Metro və aviareyslər dayandı

Madriddə güclü yağış: Metro və aviareyslər dayandı

Tarix: 27 Avqust 2019 20:00

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə güclü yağışlar nəticəsində həyat iflic olub.

Trend-in məlumatına görə, küçələri su basıb, yollar bağlanıb. Eləcə də metronun bir neçə stansiyası işini dayandırıb.

Paytaxt aeroportunda aviareyslər ləngiyib. Baraxas aeroportunda eniş edəcək təyyarələr digər hava limanlarına yönləndirilib.

Güclü yağışlar nəticəsində paytaxtda mindən artıq insident qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Madriddə güclü yağış Metro aviareyslər dayandı


RƏYLƏR