Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

22 yaşında tarix yazan kəşfiyyatçı - VİDEO

22 yaşında tarix yazan kəşfiyyatçı - VİDEO

Tarix: 1 Dekabr 2021 14:56

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan şəhidlərimizdən biri də Xəyal Həsənovdur. Xəyal Əliyulla oğlu Həsənov 1998-ci ildə Şabran rayounun Surra kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb.27 sentyabrda Vətən müharibəsi başlananda Xəyal Həsənovun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı. Buna baxmayaraq Xəyal düşmənə qarşı ön cəbhədə döyüşməyi seçdi.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, vətən müharibəsi zamanı Xəyal Həsənov Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Hətta düşmənlə əlbəyaxa da döyüşüb. 22 yaşlı Xəyal Füzuli döyüşləri zamanı şəhid olub.

Bu gün ailəsi və yaxınları Xəyalın yoxluğu ilə barışa bilməsə də onun müqəddəs amal uğrunda şəhadəti ilə qürur duyurlar.

Vətənin bütövlüyünü canından üstün tutan Xəyal Həsənovun bu gün doğum günüdür. Yaşasaydı 23 yaşı tamam olacaqdı. Lakin Xəyal ən uca məqam olan şəhidlik zirvəsinə yüksəldi. Doğum günündə qəhrəman şəhid məzarı başında yad edildi. Onu da bildirək ki, Vətən Müharibəsində göstərdiyi şücaətinə görə, Xəyal Həsənov ölümündən sonra Vətən uğrunda, Cəsur döyüşçü, Füzuli, Cəbrayıl və Kəlbəcərin azad olunmasına görə medalları eləcə də Rəşadət ordeni ilə təltif edilib.


Etiketlər:  yaşında tarix yazan kəşfiyyatçı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ