Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haalandı razı salsa, 10 milyon qazanacaq

Haalandı razı salsa, 10 milyon qazanacaq

Tarix: 2 Dekabr 2021 18:26

"Mançester Yunayted" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandla maraqlanır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ralf Ranqnik kluba norveçli hücumçunu transfer etməkdə kömək edə bilər. Bildirilib ki, alman mütəxəssis Haalandı "Mançester Yunayted"ə keçməyə razı salsa, 10 milyon avro mükafat alacaq.

Xatırladaq ki, 2019-cu ildə "Zalsburq" 21 yaşlı oyunçu ilə müqavilə imzalayan vaxt Ranqnik Avsriya klubunun idman direktoru idi. Ralfın qərarı əslində Haalandın karyerasında böyük rol oynayıb. Ona görə də alman və norveçlinin münasibətləri yaxşıdır.

Milli.Az


Etiketlər:  Haalandı razı salsa milyon qazanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ