Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 16:00
"Bu, mənim "Erzgebirge"də 3-cü mövsümümdür. Meydanda olduğum vaxtlarda demək olar ki, bütün standart vəziyyətləri mən yerinə yetirirdm. Ancaq bu mövsüm nadir hallarda olub. Son vaxtlar karyeramda durğunluq var idi. Amma indi günəş yenidən çıxır. Bu isə məni təəccübləndirmir. Çünki hər zaman öz bacarığıma inanmışam".
Qol.az xəbər verir ki, bu sözləri Almaniya mətbuatına açıqlamasında milli komandamız və "Erzgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov deyib. Ötən tur "Bohum"la oyunun (3:2) uzatma dəqiqələrində penaltidən vurduğu qolla komandasına qələbə qazandıran futbolçu qazanılan qələbənin vaciblyini vurğulayıb:
"Hamı bilir ki, vurduğum qola görə sevinirəm. Komanda kömək edə bildim. Bu qələbə bizim üçün inanılmaz dərəcədə vacib idi. Artıq hər şey öz əlimizdədir".
Nazarov mövsümün sonunda İtaliyanın B seriyasında çıxış edən "Peskara" klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Məxtəlif təkliflərim var. Çünki müntəzəm olaraq, öz ölkəmin yığmasına dəvət alıram. Burada özümü rahat hiss edirəm. Klubumla hələ iki illik müqaviləm var. Bu komanda ilə uğur qazanmaq üçün sözləşməni vaxtından əvvəl uzatdım. Bu mövsüm mənim üçün asan olmasa da, azarkeşlərimiz arxayın ola bilərlər. Bu komanda mənim üçün çox vacibdir. Bütün diqqətimi öz işimə yönəltmişəm".