Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunda olan SUALTI ATƏŞ AÇAN avtomat

Azərbaycan Ordusunda olan SUALTI ATƏŞ AÇAN avtomat

Tarix: 28 Avqust 2019 08:00

Bakı. Samir Əli - Trend:

Azərbaycan Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə sualtı atəş açan avtomat silahını nümayiş etdirib.

Trend-in məlumatına görə, AKS tipli silah Rusiya istehsalıdır. 5,66 mm çaplı avtomatın çəkisi 3,14 kiloqramdır. Silahın darağı 26 güllə tutur, patronları digər silah növlərinin patronlarından fərqli və uzundur.

Silah suyun altında 11 metr dərinlikdə 40 metrə qədər, 20 metr dərinlikdə 20 metrə qədər, 40 metr dərinlikdə isə 11 metrlik məsafədə hədəfi məhv edə bilir. Quruda isə 30 metrlik məsafədə düşməni öldürə bilir.

Silah Azərbaycan Dövlət Sərhəd Xidmətinin istifadəsindədir.


Etiketlər:  Azərbaycan Ordusunda olan SUALTI ATƏŞ AÇAN avtomat


RƏYLƏR