Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 11:08
Yoluxucu xəstəliklər üzrə mütəxəssis "omikron" ştammını pandemiyanın sona çatmasının əlaməti adlandırıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bunu Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin yoluxucu xəstəliklər və epidemiologiya kafedrasının müdiri Vladimir Nikiforov bildirib.
"Cənubi Afrikada yaranan yeni ştam nəzərəçarpacaq dərəcədə daha yoluxucudur/ Lakin bu variant az hallarda ağır formalara səbəb olur və ağciyərlərə ciddi ziyan vurmur. Düşünürəm ki, bəlkə də bu, kabusun sonunun başlanğıcıdır", - deyə Nikiforov bildirib.
O, həmçinin qeyd edib ki, "omikron" daha çox insanı yoluxduracaq, lakin xəstəlik daha yüngül keçəcək.