Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 20:44
"Master Chef Türkiye" yarışmasının jürisi, italyan aşpaz Danilo Zanna və həyat yoldaşı Tuğçe Demirbileyin boşanma prosesində problem yaranıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, cütlük təzminat mövzusunda razılığa gələ bilmədiyi üçün boşanmaq üçün ərizə yaza bilməyib. Danilo həyat yoldaşına İstanbulun Etiler səmtindəki evi, oğullarının qəyyumluğunu, təhsil xərclərini və ayda 20 min lirə alimentlə yanaşı, boşanma təzminatı kimi 500 min avro verməyi təklif edib.
Bu təklifi qəbul etməyən Tuğçe Demirbilek 9 illik evlilikləri üçün aşpazdan 1 milyon avro istəyib, Danilo isə 500 min avroda israr edib və protokol tərtib olunmayıb.