Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Omikron uşaqlar üçün gəlib, biz uşaq pandemiyası ilə üz-üzəyik'' - professor

''Omikron uşaqlar üçün gəlib, biz uşaq pandemiyası ilə üz-üzəyik'' - professor

Tarix: 6 Dekabr 2021 22:54

Rusiyalı professor, tibb elmləri namizədi Dmitriy Yedeev NTV kanalında Omikron ştammının böyüklər yox, uşaqlar üçün gəldiyini bildirib.

Sonxeber.net xəbər verir ki, professor dünyadakı statistikadan dəhşətə gəldiyini bildirib.

"24 oktyabrda rəsmən Omikron ştammı Cənubi Afrikada tapıldı.

23-dən noyabrın 10-na kimi artıq Cənubi Afrikada yoluxanların sayı 15 dəfə artdı.

Xəstəxanalarda olan xəstələrin sayı 2-3 dəfə artıb.

Omikronun tapıldığı əyalətdə isə hospitalizə edilənlərin sayı 8-9 dəfə artdı. ÜST niyə deyir ki, bu ştamm ağır deyil, xəstəxanaya düşmür xəstələr, anlamıram?

Bunlar cəmi 10 gündə baş verib. 10 gündə də bu virus Afrikadan dünyaya yayıldı.

Blombergin rəsmi statistikasında ölənlər barədə dəhşətli məqam görürəm. Bu virus uşaqlar arasında çox yayılır. Ölüm də uşaqlar arasında olub. Xüsusən 6 aylıqdan 2 yaşa kimi körpələrdə statistika şoka salır. Hər 10 nəfər 2 yaşa kimi xəstədən 2-si bu ştamdan ölüb. Yəni yoluxanların 10%-i ölüb. Cənubi Afrikada bu ştamma ailəlikcə yoluxurlar. Heç kim qalmır yoluxmamış və uşaq xəstəxanaları dolub daşır.

Ona görə qəti olaraq deyirəm ki, Omikron uşaq kovididir. Bu böyük yox, uşaq virusudur. Pandemiya artıq uşaq pandemiyasıdır.

Omikrona yoluxanların 90%-i 30 yaşa qədər olan gənclərdir. Əsasən uşaqlar və yeniyetmələrdir hədəfdə.

Qorxulusu odur ki, körpələr vaksin olunmayıb, onlar müdafiəsizdir və Yuhan ştammının bpyüklər üçün müalicəsində istifadə olunan bütün dərmanlar körpələr üçün əks göstərişdir". /medicina.az


Etiketlər:  Omikron uşaqlar üçün gəlib uşaq pandemiyası ilə üzəyik professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ