Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

Sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

Tarix: 7 Dekabr 2021 00:46

Çin istehsalı olan üç ədəd sürücüsüz avtobus kommersiya sınaqları üçün fəaliyyətə başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölkənin texnologiya nəhəngi "Baidu" tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom sistemlə təchiz edilən avtobusların sınaqları ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində keçirilir.

Bildirilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən "Robobus" avtobuslarının uzunluğu 5,9 metrdir. Özüdayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Avtobuslardan istifadə etmək istəyənlər smart kartlardan və ya "Baidu" tərəfindən hazırlanmış kart oxuyucularından ödənişlərini edərək avtobuslara minə bilərlər.


Etiketlər:  Sürücüsüz avtobusların sınaqlarına başlanıb VİDEO


RƏYLƏR