Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 07:12
İtaliya və Amerika alimləri İtaliyada yerləşən Aççaroli adlı kənd sakinlərinin uzunömürlülüyünün sirrini açmağa planlaşdırır.
Bu kənddə yaşayan 300 sakinin 100-dən çox yaşı var.
Maraqlıdır ki, bu uzunömürlülərin arasında ürək-damar sistemi xəstəliklərinə və Alsheymer xəstəliyinə çox nadir hallarda rast gəlinir. Alimlər bunu bütün dünyada ən faydalı kimi təsdiq olunmuş Aralıq dənizi pəhrizi ilə əlaqələndirir.
Həmçinin uzunömrlülər kəndinin sakinləri bir çox xörəklərə bibəriyə (rozmarin) əlavə edir və kəndin yerləşməsinə görə hər gün uzun məsafələr qət edirlər. Alimlərin fikirinə görə, bu da insanların sağlamlığına və həyatın uzunluğuna təsir edir.
ScienceDaily xəbər verir ki, alimlər Aççaroli sakinlərinin uzunömürlülüyünün sirrini açmaq niyyətindədir.