Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib

Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib

Tarix: 28 Avqust 2019 14:33

Bakı. Trend:

Naxçıvan Gömrük Ekspertizası İdarəsində saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təlimi Türkiyə Respublikasında saxta mallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən "Esfor" şirkətindən dəvət olunmuş mütəxəssislər aparıblar.

"Esfor" şirkətinin rəhbəri Cengiz Gümüştüz qurumun iş prinsipi, yoxlamaların aparılması üçün istifafə edilən cihazlar, beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Şirkətin eksperti Merve Eraslan isə "Procter&Gemble", "Adel" və "Faber-Castell" şirkətlərinə məxsus malların orijinal və saxta olmasının ayırd edilməsi üsullarını diqqətə çatdırıb, bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb.

Qeyd edilib ki, saxta mallara qarşı mübarizə sahəsində 19 illik təcrübəsi olan "Esfor" şirkəti dünyanın 190 firması ilə əməkdaşlıq edir.

Təlimçilər özləri ilə bərabər gətirdikləri nümunələrin timsalında malların orijinal və ya saxta olmasını müəyyənləşdirməyi praktik olaraq izah ediblər.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da qatıldığı təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Saxta keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ