Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünən “COVID” pasportu olmayan 26 nəfər şənliyə buraxılmayıb

Dünən “COVID” pasportu olmayan 26 nəfər şənliyə buraxılmayıb

Tarix: 9 Dekabr 2021 12:26

Dekabrın 8-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, monitorinq 119 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 26 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Dünən COVID pasportu olmayan nəfər şənliyə buraxılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ