Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün toylara görə 5 nəfər cərimələnib, 63 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 5 nəfər cərimələnib, 63 nəfər şənliyə buraxılmayıb

Tarix: 10 Dekabr 2021 12:10

Dekabrın 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, monitorinq 117 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Ötən gün toylara görə 5 nəfər cərimələnib 63 nəfər şənliyə buraxılmayıb


RƏYLƏR