Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 01:20
"Özümü mələk kimi insan hesab edirəm. Amma elə cəhətlərim var ki, xoşuma gəlmir. İnsanlığı sevirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa insanlardan gileylənib. O bildirib ki, adamlarda mərhəmət hissi yox olub:
"Hərdən deyirlər, xoşbəxtlik. İnsanın qəlbi mərhəmətlidirsə, xoşbəxtdir. Sənin dünya qədər şöhrətin olsun, gözəl olasan, əgər qəlbində mərhəmət yoxdursa, bədbəxtsən. Ən böyük xoşbəxtlik mərhəmətdir. İnsan özünə tənqidlə yanaşmalıdır. Bütün xasiyyəti düzəltmək olar. Mərhəmət Allahdan gəlir. Hansı insanın qəlbində mərhəmət görürəmsə, onu mələk bilirəm.
İndi cəmiyyətdə insanların xasiyyətində laqeyidlik var. Əvvəl insnalar dərdlərini bölüşürdü, başqaları qulaq asırdı. Kimsə dərdini danışanda, onu yaşamağa başlayırdım. İndi kiminsə yanında danışırsan, deyir, neqativini ötürmə. İnsanlarda qapalı olmağa başlayıb".
N.Allahverdiyeva müasir mahnıları da tənqid edib:
"Əvvəlki filmlərdə sentimentallıq var idi. Musiqi insanın qəlbini saflaşdırır. Təsir qüvvəsi böyükdür. Bu gün musiqilərimiz insanlara xoş niyyət bəxş etmir. Pis musiqi insanın beynini yuyur, kütləşdirir. Eləcə də filmlərin təsiri böyükdür. Halımın ən pis vaxtında hind filminə baxıram. Dünyam dəyişir, günəş doğur".