Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Merkelin fotosu faşist liderlərin plakatları ilə yanaşı asıldı - FOTO

Merkelin fotosu faşist liderlərin plakatları ilə yanaşı asıldı - FOTO

Tarix: 11 Dekabr 2021 10:32

Polşanın paytaxtı Varşavada Almaniyanın keçmiş kansleri Angela Merkelin fotosu Adolf Hitler və Yozef Gebbelsin şəkillərinin əks olunduğu plakatlarla yanaşı asılıb.

Yerli kütləvi informasiya vasitələri xəbər verir ki, sözügedən təşəbbüs qalmaqallı polşalı rəssam Voytsex Korkuç tərəfindən həyata keçirilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, rəssam bununla Almaniyanın yeni xarici işlər naziri Annalena Berblokun Polşaya səfərinə etirazını ifadə edib.

Xatırladaq ki, Polşa İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan 900 milyard dollar məbləğində kompensasiya tələb edir.


Etiketlər:  Merkelin fotosu faşist liderlərin plakatları ilə yanaşı asıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ