Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 21:48
Azərbaycan kubokunda 1/4 final mərhələsinin son cütü müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Sabah" - "Kəpəz" matçının qalibi "Neftçi"nin rəqibi olub.
Ötən mövsüm bu mərhələdə məhz gəncəlilərə məğlub olan paytaxt təmsilçisi bu dəfə sensasiyaya imkan verməyib. Doğma arenasında 3:0 hesablı qələbə qazanan Murad Musayevin yetirmələri revanşı alıb. "Sabah"la "Neftçi" arasındakı 1/4 finaldakı qarşılaşmalar fevralın 1-də "Bakcell Arena"da, 12-də isə "Bank Respublika Arena"da olacaq.
Bununla 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Digər oyunlarda "Zirə" "Səbail"lə, "Sumqayıt" "Qəbələ" ilə, "Qarabağ" isə "Keşlə" ilə qarşılaşacaq.