Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmminiteti zəiflədən amil. Təəccüblü fakt!

İmminiteti zəiflədən amil. Təəccüblü fakt!

Tarix: 12 Dekabr 2021 08:03

Kaliforniya Universiteti (ABŞ) alimləri növbəti araşdırmalar nəticəsində gecə yuxusunun sağlamlıq üçün olduqca vacib olduğunu təsdiq ediblər.

Araşdırmanın müəllifləri aşkar ediblər ki, gecə 5 saat və bundan az yatan insanlar soyuqdəymə xəstəliklərinə 28% çox tutulur. Bundan əlavə bu insanlarda otit, pnevmoniya və qripp xəstəlikləri 80% daha tez-tez inkişaf edir.

UPİ xəbər verir ki, araşdırma zamanı 23 min insan haqqında məlumat analiz olunub.

Alimlərin fikirinə görə gecə yuxusunun optimal müddəti 7 saat təşkil edir. 7 saatdan az yatan insanlarda infeksiyalara qarşı olan həssaslıq artır.

Bunun səbəbi hələ ki məlum olmasa da, alimlərin fikirinə görə yuxunun az olması orqanizmdə infeksiyalarla mübarizə aparan immun sisteminin T-hüceyrələrinin azalmasına gətirib çıxardır.


Etiketlər:  İmminiteti zəiflədən amil Təəccüblü fakt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ