Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 15:54
İtaliyada yerli yepiskop Antonio Stagliano uşaqlara Şaxta babanın dini festival zamanı iştirak etməməsi ilə bağlı həqiqəti açıqlayıb və qalmaqala səbəb olub.
Belə ki, Stagliano uşaqlarla danışarkən Santa Klausun olmadığını, onun kostyumunu isə "Coca-Cola"nın reklam xatirinə icad etdiyini bildirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qəzəblənmiş valideynlər yepiskopdan şikayət ediblər. Bundan sonra Siciliyadakı Roma Katolik ieparxiyası ictimaiyyətdən üzr istəməli olub.
"Yepiskopun adından ilk növbədə ən balacaları məyus edən bu bəyanatdan təəssüflənirəm və qeyd etmək istəyirəm ki, Monsenyor Staglianonun niyyətləri tamamilə fərqli olub".
Onun sözlərinə görə, yepiskop Milad bayramının əsl mənasını açıqlamaq, həmçinin kasıblara hədiyyələr paylayan və Roma imperatoru tərəfindən təqib edilən Müqəddəs Nikolayın hekayəsini vurğulamağa çalışıb.
Bəziləri Milad anlayışına diqqət yetirməkdə yepiskopu dəstəklədiyini bildirilsə də, bir çoxları onu pandemiya səbəbindən onsuz da uşaqlıqlığını yaxşı keçirdə bilməyən balacalara qarşı qəddarlıqda ittiham ediblər.