Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 23:40
Sinqapurun "Çanqi" hava limanında yüklərin daşınması zamanı 2 şir qəfəslərindən çıxıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The Straits Times" Sinqapur Hava Yollarının nümayəndəsinə istinadən məlumat yayıb.
Dərhal əraziyə baytar həkimlər və mütəxəssislər cəlb olunub. Hadisə yerinə gələn baytarlar heyvanlara yuxu dərmanı vurublar. Bundan sonra şirləri yerli "Mandai Wildlife Group" şirkətinin filialına aparıblar.
Sinqapur Hava Yolları cəmi 7 şirin daşındığını bildirsə də, onların hansı ünvana çatdırılacağının dəqiqləşdirilmədiyini bildirib.