Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə külli miqdarda heroin müsadirə edildi

Türkiyədə külli miqdarda heroin müsadirə edildi

Tarix: 29 Avqust 2019 12:57

Bakı. Trend:

Türkiyənin Van vilayətində 71 kiloqram heroin müsadirə olunub.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı narkotikin böyük bir hissəsinin müsadirə edildiyi, nəticədə 5 nəfərin tutulduğu bildirilir.

Qeyd edək ki, əvvəllər eyni əyalətdə 75 kiloqram heroin müsadirə edilmişdi. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin ciddi bir təhlükə ilə üzləşdiyini və narkomaniya, narkotik ticarəti ilə mübarizəni sərtləşdirməli olduğunu bildirmişdi.

Narkotik istifadə etməyə başlayan Türkiyə vətəndaşlarının minimum yaşı 13, orta hesabla 36, ​​ən çoxu 65 yaşdır. 15 yaşdan 24 yaşa qədər olan Türkiyədəki narkomanlar 2.9 faiz, 25 yaşdan 44 yaşa qədər olanlar 2.8 faiz, 45 ilə 64 yaş arasında olanlar ölkə əhalisinin 2.3 faizini təşkil edir.

Türkiyədə narkomanların müalicə olunduğu 22 mərkəz var.

Son dörd il ərzində İstanbulda 300 mindən çox insan narkotik istifadəsi və satışına görə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə külli miqdarda heroin müsadirə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ