Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikronda hər 10 xəstədən 9-da görünən - Əlamətlər

Omikronda hər 10 xəstədən 9-da görünən -  Əlamətlər

Tarix: 14 Dekabr 2021 22:27

Koronavirusun "Omikron" variantının əsas simptomları müəyyən edilib.

Bu əlamətlərin 10 nəfərdən 9-da görüldüyü açıqlanıb.

Cənubi Afrikada ortaya çıxan və digər ölkələrə yayılmağa başlayan ştammın əsas əlamətləri ABŞ-da aparılan araşdırma ilə müəyyən edilib.
Bildirilib ki, yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayiət edən quru öskürəkdir.
Araşdırmaya görə, "Omikron" xəstələrinin 89 faizində boğaz ağrısı yox, məhz boğazda qaşınma və quru öskürək görülüb. Digər simptomlardan isə yorğunluq (65 faiz), burun tutulması və ya axması (59 faiz), təngnəfəslik (16 faiz), ishal (11 faiz), dad və qoxu itkisi (8 faiz) qeyd edilib.


Etiketlər:  Omikronda hər xəstədən görünən Əlamətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ