Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ankara ilə İrəvan arasında vasitəçilik edib

Rusiya Ankara ilə İrəvan arasında vasitəçilik edib

Tarix: 15 Dekabr 2021 10:28

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Rusiya vasitəçilik edib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyada yaşayan siyasi şərhçi Kamran Həsənov deyib.

"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Moskvada XİN müavinlərinin "3+2" formatında keçirilən görüşündən dərhal sonra baş verdi. Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür, Türkiyə isə Rusiyanın strateji tərəfdaşıdır. Ona görə də aydındır ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ehtimalı böyük ölçüdə Rusiyanın vasitəçilik rolu sayəsində mümkündür", - K.Həsənov vurğulayıb.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısında heç bir maneənin olmadığını qeyd edən Həsənov bildirib:

"Aydındır ki, Ankaranın "3+3" formatı və İrəvanla normallaşmaya hazır olması ilə bağlı bəyanatları şüar deyil. Bakı Qarabağ probleminin həll olunduğunu elan edir. Bu, nəzəri cəhətdən o deməkdir ki, Türkiyə artıq Ermənistanla sərhədin açılmasında heç bir maneə görmür. Bu, həm də İrəvan üçün iqtisadi blokadadan çıxışın başlaması və Baş nazir Nikol Paşinyan üçün bir ümid deməkdir".

Qeyd edək ki, dekabrın 13-də Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ankara və İrəvanın münasibətlərin normallaşmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edilməsi barədə razılaşdıqlarını və İrəvana çarter reyslərinin təşkil olunacağını söyləyib.


Etiketlər:  Rusiya Ankara ilə İrəvan arasında vasitəçilik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ