Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 22:12
Bakı. Trend:
Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında bir sıra nazirlər təyin olunub.
Trend xəbər verir ki, deputatların səsverməsi nəticəsində Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunublar. Onların hər üçü yüksək səs çoxluğu ilə bu vəzifələrə etimad göstərilib.
Qeyd edək ki, Ali Radanın ilk iclasında Ukraynanın yeni Baş Naziri, spikeri, vitse-spikerləri də seçiliblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin